23 
Iyn
2021
21:51
889

Sabah yerli seçkilər keçirilsə hansı partiyaya səs verərdiniz sorğusunun nəticələri açıqlandı

"Mtavari" TV IPSOS sorğusunun nəticələrini paylaşıb.

InterPress.ge xəbər verir ki, sabah yerli seçkilər keçirilsə hansı partiyaya səs verərdiniz? - sorğusuna respondentlərin 32% -i Gürcü Arzusuna, 23% -i Vahid Milli Hərəkata və 8% -i Qiorqi Qaxaria-nın "Gürcüstan üçün" partiyasına səs verəcəyini qeyd edib.

Digər partiyalar barədə məlumatlar isə aşağıdakı kimidir:

"Qirçi - Daha çox azadlıq" - 5%

"Avropalı Gürcüstan" - 3%

"Leyboristlər Partiyası" - 3%

"Vətənpərvərlər İttifaqı" - 3%

"Lelo Gürcüstan üçün" - 2%

"Strategiya Ağmaşenebeli" - 2%

"Vətəndaşlar" - 2%

"Birləşmiş Gürcüstan - Demokratik Hərəkat" - 1%

"Vaxtdır" - 1%

"Qirçi" - 1%

Digər - 2%

Cavab verməkdən imtina edənlər - 11%.

"Mtavari Arxi" nin verdiyi məlumata görə, araşdırma kanalın sifarişi ilə IPSOS təşkilatı tərəfindən keçirilib. Sorğu 7-17 iyun tarixləri arasında bütün Gürcüstan ərazisində aparılıb. 18 yaşdan yuxarı cəmi 1000 respodent təsadüfi seçilmişdir və sorğu üz-üzə aparılmışdır. Məlumat xəta həddi +/- 3%-dir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər