23 
Iyn
2021
11:08
383

Müəssisələrdən birinə məxsus 3 milyon GEL-dən çox pulu mənimsədiyi üçün bir nəfər saxlanıldı

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin və Kvemo Kartli Rayon Prokurorluğunun əməkdaşları, müəssisəyə mühasibat və audit xidmətləri göstərərkən 2014-2020-ci illər ərzində müəssisəyə məxsus 3 milyon GEL-dən çox pulu mənimsədiyi üçün bir nəfəri saxlayıblar.

InterPress.ge xəbər verir ki, məlumatı Maliyyə Nazirliyinin İstintaq Xidməti yayır.

"Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin və Kvemo Kartli Rayon Prokurorluğunun əməkdaşları, birgə keçirilmiş istintaq tədbirləri nəticəsində Kvemo Kartli bölgəsində qeydiyyatdan keçmiş müəssisələrdən birinə məxsus külli miqdarda pulu mənimsədiyi üçün bir nəfəri saxladı.

İstintaq zamanı məlum oldu ki, təqsirləndirilən şəxs müəssisəyə mühasibat və audit xidmətləri göstərərkən sistematik olaraq müəssisə hesabından özünün və əlaqəli şəxslərin bank hesablarına pul köçürüb, nəticədə 2014-2020-cü ilərdə müəssisəyə məxsus 3.000.000 lari-dan çox pul mənimsənilib.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 182-ci maddəsinin 2-ci hissəsinin "d" və 3-cü hissəsinin "b" yarımbəndi ilə aparılır ki, bu da 11 ilədək azadlıqdan məhrum etməyi nəzərdə tutur.

Təqsirləndirilən şəxslə mümkün cinayət əlaqəsi ola biləcək digər şəxslərin müəyyənləşdirilməsi üçün müvafiq istintaq tədbirləri davam etdirilir ”, - deyə məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər