Məhdudiyyətlərin tətbiqi ilə bağlı müddət bu tarixə kimi uzadıldı
Parlament, hökumətin koronavirusa qarşı məhdudlaşdırıcı tədbirlər görmək səlahiyyətlərinin 1 yanvar 2022-ci ilə qədər uzadılmasını dəstəkləyib.
InterPress.ge xəbər verir ki, "Xalq Sağlamlığı Haqqında" qanunundakı dəyişiklik layihəsi 78 səslə qəbul edilib.
22 millət vəkili isə hökumət üçün səlahiyyətlərin uzadılmasına qarşı səs verib.
Qanuna dəyişiklik ilk dəfə 22 may 2020-ci ildə hökumətə və onun təyin etdiyi nazirliklərə pandemiya ilə mübarizə aparmaq və yeni koronavirusun yayılmasının qarşısını almaq üçün lazımi qaydaları və tədbirləri müəyyənləşdirmək üçün müvəqqəti səlahiyyət verildikdə başladılıb.
“Müddətin uzadılmasının məqsədi 1 iyuldan sonra da pandemiyanın yayılmasına və prosesin düzgün aparılmasına xidmət edən mövcud hüquqi mexanizmi qorumaqdır. Bu, pandemiya və ölkədəki kəskin problemlə mübarizə aparmaq üçün lazımlı vasitələrdən biridir", - dedi Səhiyyə Komitəsi sədrinin birinci müavini Lado Kaxadze.


