22 
Iyn
2021
12:38
1645

Hansı məhdudiyyətlər ləğv olunur və hansılar qüvvədə qalır? - SİYAHI

İdarələrarası Koordinasiya Şurasının qərarına görə, bu gündən etibarən açıq yerlərdə maska taxmaq məcburi olmayacaq və gecə hərəkəti məhdudiyyəti 1 iyul tarixindən etibarən qaldırılacaq.

InterPress.ge xəbər verir ki, bu barədə hökumət rəhbərliyinin yaydığı məlumatda deyilir.

"Bu gündən etibarən açıq məkanlarda maska taxmaq məcburi olmayacaq və gecə hərəkəti məhdudiyyəti 1 iyuldan etibarən götürüləcək", - bu qərar Baş nazir İrakli Ğaribaşvilinin sədrliyi ilə İdarələrarası Koordinasiya Şurasının iclasında verilib .

Şura iclasında qeyd edilib ki, vəziyyəti effektiv idarə etmək üçün, bir tərəfdən epidemioloji vəziyyəti pisləşdirməmək, digər tərəfdən iqtisadiyyatın dirçəlməsini təşviq etmək üçün mövcud qaydalar tədricən yüngülləşdirilib.

"Mövcud epidemioloji vəziyyətin və aşılama prosesinin təhlilinə əsasən, İdarələrarası Koordinasiya Şurası 1 iyul tarixindən etibarən gecə hərəkətinə - 23:00-dan 04:00-dək - qoyulan məhdudiyyətin ləğv edilməsinə qərar verib. Hərəkətə qoyulan məhdudiyyətin ləğv olunmasına baxmayaraq, 1 iyul tarixindən etibarən qidalanma məntəqələrinin fəaliyyətinə saat 00: 00-a qədər icazə veriləcək. Şuranın qərarına əsasən, gecə klublarının fəaliyyəti məhdud olaraq qalır. Bununla birlikdə, bundan sonra açıq yerlərdə maska taxmaq məcburi olmayacaq və yalnız tövsiyə xarakteri daşıyacaq, çünki maska dünyada virusun yayılmasının qarşısını alan ən təsirli vasitələrdən biri kimi tanınır. Maska taxmaq dayanacaqlar da daxil olmaqla sıx yerlərdə, eləcə də ictimai nəqliyyatda və qapalı yerlərdə məcburi olacaq", - deyilir məlumatda.

Eyni məlumata görə, şura iclasında ölkəyə iki həftəyə bir milyon doza peyvəndin gələcəyi qeyd edilib. Bu proses mərhələlərlə davam edəcək və ilin sonuna qədər Gürcüstana 3,6 milyondan çox peyvənd gətiriləcək.

“Ölkə kütləvi peyvəndləmə prosesinə başlamağa hazırdır. Bu məqsədlə İdarələrarası Koordinasiya Şurasının əvvəlki iclasında Baş nazirin tapşırığı ilə hazırlanan peyvəndləmə proqramının həyata keçirilməsinə dair əməliyyat planı artıq təsdiqlənib. Plan aşı qruplarının sayının artırılmasını və aşılama proqramının genişləndirilməsi üçün zəruri olan digər tədbirləri, o cümlədən peyvəndləmə prosesinə əlavə tibb müəssisələrinin daxil edilməsini, həmçinin Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş meyarlarına uyğun olaraq ictimai yerlərdə kütləvi peyvəndləmə mərkəzlərinin təşkil edilməsini əhatə edir", - hökumət administrasiyası tərəfindən yayılan məlumatda qeyd olunur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər