22 
Iyn
2021
12:05
480

Amiran Qamğrelidze: "Maskanın açıq yerlərdə məcburi olmayacağı aydındır, amma istəyənlər və uyğun hesab edənlər istifadə etsin"

"Məhdudiyyətlərin yüngülləşdirilməsinə baxmayaraq, hələ də tövsiyələrə və qaydalara riayət etməliyik".

InterPress.ge xəbər verir ki, bu barədə Koordinasiya Şurasının iclasından sonra Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze bildirib.

"Maskanın açıq yerlərdə məcburi olmayacağı aydındır, amma tövsiyə olunur. İstəyənlər və uyğun hesab edənlər istifadə etsin. Çoxları sizə maska taxmağın məqsədəuyğun olduğunu söyləyəcək, amma məcburi olmayacaq. Maskadan istifadə böyük toplaşma yerlərində, dayanacaqlarda, nəqliyyat vasitələrində, metroda, ümumiyyətlə qapalı yerlərdə məcburi olacaq", - dedi Qamğrelidze.

Onun sözlərinə görə, qızıl orta həddi qorumalı və bıçaq ağzında gəzməliyik. Bir tərəfdən epidemiyanı pisləşdirməmək və digər tərəfdən iqtisadiyyata daha çox sərbəstlik vermək üçün bunu etməliyik, çünki turizm mövsümüdür və ölkəyə çox sayda insan gəlir", - dedi Qamğrelidze.

Məlumat üçün bildirək ki, qapalı yerlərdə, ictimai nəqliyyatda və nəqliyyat dayanacaqlarında maska taxmaq hələ də məcburi olaraq qalır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər