3 ölkənin Xarici İşlər Naziri Gürcüstana, Azərbaycana və Ermənistana səfər edəcək
Rumıniyanın, Avstriyanın və Litvanın Xarici İşlər Nazirləri Gürcüstana, Ermənistana və Azərbaycana səfər edəcəklər.
InterPress.ge xəbər verir ki, bu barədə Rumıniyanın xarici işlər naziri Boqdan Auresku Twitter səhifəsində qeyd edib.
Onun bildirdiyinə görə, Xarici İşlər nazirləri Cənubi Qafqaz ölkələrinə 24- 26 iyun tarixində səfər edəcəklər.
"AB-nin Şərq Tərəfdaşlarını dəstəkləməsi, uzun sürən münaqişələrdə də daxil olmaqla AB-nin güclü iştirakında əks olunur. 24-26 iyun tarixlərində AB-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Yüksək Nümayəndəsi Gozef Borrellin mandatı ilə Gürcüstanı Avstriya Xarici İşlər Naziri Aleksander Şalenberq və Litvanın Xarici İşlər Naziri Qabrielius Landsberq ilə birlikdə ziyarət edəcəyik"- Boqdan Auresku.


