18 
Apr
2020
19:53
1676

Tbilisidə koronavirusdan müalicə alan bütün xəstələrin son vəziyyətləri açıqlandı

Tbilisi klinikalarının həkimləri COVID-19 olan xəstələrin vəziyyəti barədə məlumat verdilər.

InterPress.ge-nin məlumatına görə, 190 yoluxmuş şəxsdən 30-a yaxını reanimasiyadadır, bəzilərinin vəziyyəti ağırdır.

Bu günə qədər Tbilisidə dörd klinikaya koronavirus xəstələri qəbul edilir: Yoluxucu Xəstəliklər xəstəxanası, İlk Universitet Klinikası, Boçorişvili və Respublika Klinik Xəstəxanası. Bütün səhiyyə müəssisələri gündəlik olaraq COVID-19 olan xəstələrinin vəziyyəti haqqında hesabat verirlər.

"İki kritik xəstəni stabilləşdirə bildik. Ümumilikdə, sətəlcəm xəstəliyinə tutulmuş beş xəstə varıydı ki, bunlara daha üç nəfər əlavə edildi" dedi yoluxucu xəstəliklər xəstəxanasının müalicə bölməsinin müdiri Marina Ezugbaya.

Bununla birlikdə, o qeyd etdi ki, klinikada cəmi 45 xəstə koronavirusdan müalicə olunur.

Koronavirus olan daha 88 xəstə ilk universitet klinikasında müalicə olunur. Klinika direktorunun sözlərinə görə, altı xəstənin vəziyyəti çox ağırdır.

"Reanimasiya şöbəsində doqquz xəstəmiz var, onlardan altısı süni tənəffüs cihazına bağlanıb. Onlardan üçünün vəziyyəti ağırdır" dedi Levan Ratiani.

Boçorişvili klinikasında koronavirus xəstələri daha azdır - cəmi 24 nəfər, onlardan 11 nəfər sətəlcəmdir.

"Bizdə ciddi sətəlcəm olan 11 xəstə var ki, bu da xüsusi diqqət tələb edir" dedi klinikada yoluxucu xəstəliklər üzrə mütəxəssis Mega Kobaxidze.

Koronavirus xəstəsi olan daha 33 xəstə Respublika Klinik Xəstəxanasında müalicə olunur.

"Onların vəziyyəti sabitdir və onlardan heç birinə süni tənəffüs aparatı lazım deyil" dedi xəstəxana direktoru Levan Gopodze.

Tbilisidən əlavə, koronavirus yoluxmuş 109 xəstə isə müxtəlif regional klinikalarda müalicə olunur.

Qeyd edək ki, Gürcüstanda ilk koronavirus infeksiyası fevralın 26-da qeydə alınıb. Bu günədək ölkədə 385 nəfərdə yeni koronavirus infeksiyası aşkarlanıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər