21 
Iyn
2021
19:49
452

Nikol Paşinyan Gürcüstanın Baş nazirinə təşəkkür etdi

"Baş nazir, yaxşı dostum İrakli Ğaribaşvilinin rəhbərlik etdiyi Gürcüstana təşəkkür etmək istəyirəm".

InterPress.ge xəbər verir ki, bunu Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərinin ilkin nəticələrinin açıqlanmasından sonra, Ermənistanın Baş Naziri vəzifəsini icra edən Nikol Paşinyan, seçkilərdə qalib gələn qüvvə"Mülki Müqavilə"nin qərargahında etdiyi çıxışında bildirib.

Paşinyan, Ermənistanı dəstəklədiklərinə görə Gürcüstan da daxil olmaqla seçicilərə və beynəlxalq tərəfdaşlara təşəkkür edib.

“Baş nazir, yaxşı dostum İrakli Ğaribaşvilinin rəhbərlik etdiyi Gürcüstana da təşəkkür edirəm. Əminəm ki, gələcəkdə Gürcüstanla münasibətlərimizi dərinləşdirəcəyik və inkişaf etdirəcəyik. Həmçinin bölgəmizə sülh arzulayıram. Sabitlik və sülh vacib gündəmimizdir. Xalqımız üçün sülh və inkişaf dövrü yaratmaq prioritetimizdir", - dedi Nikol Paşinyan.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər