Aprelin 21-dək olan hava şəraiti açıqlandı - Havalar pisləşir
Aprelin 21-dən başlayaraq Gürcüstanda hava pisləşəcək - sinoptiklər şimşək çaxacağı ilə yağış yağacağı xəbərdarlığını edib.
InterPress.ge xəbər verir ki, nu barədə Milli Ətraf Agentliyinin məlumatında deyilir.
“Aprelin 21-dən etibarən soyuq və nəm hava kütlələrinin yayılacağı, şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Əsasən güclü qərb küləyi əsəcək. Dağətəyi və dərələrdə havanın temperaturu +12 dərəcəyə qədər enəcək ", - deyə agentlik bildirib.
Aprelin 18-dən 20-dək Gürcüstan ərazisində isti olacaq, lakin bəzi ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var.
Ölkədə 18-19 apreldə dağətəyi ərazilərdə +20 ilə +25 dərəcə isti olacaq. Qərbi Gürcüstanda, aprelin 20-də havanın istiliyi +29 dərəcəyə qədər istiləşir.
Aprelin 18-də Tbilisidə yağıntı gözlənilmir. 19-21 aprel tarixlərində arabir yağış yağacaq. 18-20 apreldə Gürcüstan paytaxtında hava +25 dərəcəyə qədər istiləşəcək. Aprelin 21-də Tbilisidə havanın temperaturu +17 dərəcəyə enəcək, gündüz güclü şimal-qərb küləyi əsəcək.


