21 
Iyn
2021
15:04
678

Yüksək sürətlə hərəkət edən avtomobillər toqquşdu - Yaralılar var

Çumlağidə baş verən yol qəzasında iki nəfər yaralanıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Qurgaani TV yayıb.

Məlumata görə, Nissan və Opel avtomobilləri magistral yolda toqquşub.

Hadisə səhər baş verib.

Şahidlərin sözlərinə görə, qəzaya səbəb yüksək sürət ehtimal olunur.

Yaralılar Qurgaaninin Geo Hospitals xəstəxanasına yerləşdirilib və onların sağlamlıq vəziyyətləri stabildir.

Hadisə ilə əlaqədar istintaq başladılıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər