Son 24 saatda fövqəladə vəziyyət qaydalarını pozan 300-dən çox insan cərimələndi - VİDEO
Daxili İşlər Nazirliyi son 24 saat ərzində, fövqəladə vəziyyət rejiminin pozulmasının 321 yeni faktını qeydə aldı.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi açıqlama yayıb.
Polis aprelin 17-də, saat 21-dən aprelin 18-də səhər saat 6-ya qədər, komendant saatı qaydalarını pozduqlarına görə, ölkə miqyasında 85 nəfəri cərimələdi.
Hüquqmühafizəçilər avtomobil hərəkəti və yolçularının aparılması qaydalarının pozulmasına görə, 96 nəfəri cərimələdilər.
Daxili İşlər Nazirliyi bəyan edir ki, Gürcüstan ərazisində olan hər bir şəxs fövqəladə vəziyyət qaydalarını qorumalıdır.
Qeyd edək ki, fövqəladə vəziyyət qaydaları pozulduğu təqdirdə fiziki şəxs üçün 3000 lari, hüquqi şəxslər isə, 15 000 lari cərimələnir.


