Çxaltubo-Çaqeri-Lentexi-Lasdili magistral yolunun bir hissəsi müvəqqəti məhdudlaşdırılacaq.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamentindən məlumat yayılıb.
Məlumata görə, Çxaltubo-Çaqeri-Lentexi-Lasdili magistral yolunun 187 km 198 km (Uşquli-Lasdili) və Zuqdidi- Gvari- Mestia - Lasdili avtomobil yolunun 187 km- 198 km hissəsində yalnız yük avtomobillərinin (iki və ya daha çox aparıcı körpüsü olan) hərəkətinə icazə verilir, digər növ avtomobillərə isə bu yollarda hərəkət etmək qadağan olunur.
