Marneuli sakini Ukraynada "Stars Skiff" festivalının qalibi oldu
Marneuli sakini Ukraynada "Stars Skiff" festivalının qalibi oldu.
InterPress.ge xəbər verir ki, "Stars Skiff" festivalında Gürcüstanı təmsil edən, "Festivalın qızıl səsi" mükafatına layiq görülən, Marneulinin mədəniyyət mərkəzinin solisti, bir çox beynəlxalq festivalların qalibi, istedadlı gənc Şaban Məmmədovdur.
Şaban Məmmədovun InterPress.ge xəbər portalına verdiyi açıqlamaya görə, müsabiqədə rəqabətin güclü olmasına baxmayaraq o, festivalın qalibi olub.
"Müsabiqədə iştirak etmək üçün festivalın təşkilatçısı tərəfindən dəvət aldım. Marneulinin mədəniyyət mərkəzinin maddi və mənəvi dəstəyi ilə Ukraynaya yola düşdüm. Rəqabət güclü idi, lakin buna baxmayaraq jürinin qərarı ilə qran prinin və festivalın qızıl səsi mükafatının sahibi oldum. Bu jürinin və izləyicinin qərarı idi. Mən vətənimi və ölkənin mədəniyyətini layiqincə təmsil etmək üçün maksimal dərəcədə çalışıram"- Şaban Məmmədov.
Qeyd edək ki, Şaban Məmmədov 22 iyun tarixində vətənə qayıdacaq.


