20 
Iyn
2021
15:56
309

Qori-Megvrisxevi yolunda avtomobil qəzası baş verdi 

Qori-Megvrisxevi yolunda avtomobil qəzası baş verib.

InterPress.ge xəbər verir ki, sürücü sükanı çevirə bilməyib, yoldan çıxaraq qaz borusuna çırpılıb.

Nəticədə avtomobil aşıb. Avtomobildə bir nəfər olub. O, yüngül xəsarətlər alıb.

Avtomobil qəzası zamanı qaz borusu zədələnib. Borunun zədələnməsi nəticəsində bir neçə kənd qazsız qalıb.

Bizimlə əlaqə saxlayın