Gürcüstanda koronavirusdan sağalanların sayı 84-ə çatıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
Məlumata görə, ölkədə karantində 4971, stasionar nəzarətdə isə 519 nəfər saxlanılır.
Qeyd edək ki, bu günə qədər Gürcüstanda COVID-19 infeksiyasına 385 nəfər yoluxub, onlardan 3 nəfər dünyasını dəyişib.
