19 
Iyn
2021
19:58
440

Anası və ögey atası tərəfindən işgəncə görən uşaq himayə götürüldü

Anası və ögey atası tərəfindən işgəncə görən 6 yaşlı uşaq himayəyə götürülüb.

InterPress.ge xəbər verir ki, 6 yaşlı uşağın azyaşlı qardaşı da himayəyə götürülüb.

Ögey atanın vəkili Muxran Ğurçkaianın verdiyi məlumata görə, bu gün sosial Xidmət hakimlərin tam təmin etdiyi 6 ay müddətində uşaqları valideynlərindən ayırmaq üçün vəsatət qaldıraraq Tiflis Şəhər Məhkəməsinə müraciət etdi. Vəkilin sözlərinə görə, müdafiə tərəfi vəsatətlə razılaşmayıb və qərardan Apellyasiya Məhkəməsinə şikayət vermək niyyətindədir.

Vəkilin dediyinə görə, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri ilə bağlı iclas sabah keçiriləcək.

"İşdə müvəkkilimin günahını təsdiqləyən birbaşa sübut yoxdur. Hər iki məhbusun işgəncə ilə ittiham olunduğunu bilirsiniz və bu fakt nə dəlillər, nə də şahid ifadələri, hətta bir uşağın ifadəsi ilə təsdiqlənmir. Buna görə də onu həbsdən azad olunmalarını tələb edirik"- dedi Muxran Ğurçkaia.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər