Etirazçılar və polis arasında qarşıdurma yarandı - Dörd nəfər saxlanılıb
Gürcüstanın Daxili İşlər Nazirliyinin əməkdaşları, Boboğvati kəndində etirazçılar ilə hüquq mühafizə orqanları arasında baş verən fiziki qarşıdurma zamanı inzibati xəta faktı ilə əlaqədar 4 nəfəri saxladılar.
InterPress.ge xəbər verir ki, nəzarətə alınan şəxslər Batumi Şəhər Məhkəməsinə göndəriləcək.
Etirazçıların dediklərinə görə, onlar dinc aksiya keçirirdilər, ancaq hüquq-mühafizə orqanları aksiyanı dağıtmağa qərar verdilər.
Boboğvati kəndinin sakinləri etiraz əlaməti olaraq Batumi-Tbilisi dəmir yolu hissəsini bir neçə dəqiqə ərzində bağlamışdılar.
Aksiya iştirakçılarının dediklərinə görə, sahil zonasındakı torpaqların geri qaytarılmasını tələb edirlər.
Onların bildirdiklərinə görə, hökumət tərəfindən 150-yə qədər torpaq sahə hərraca çıxarılıb və onlar buna etiraz edirlər.


