Narkotik satma ittihamı ilə bir nəfər saxlanıldı
Daxili İşlər Nazirliyinin Acarıstan Polis Departamentinin Dedektivlər və Bölgə Müfəttişləri Şöbəsinin əməkdaşları birgə keçirilmiş əməliyyat və istintaq tədbirləri nəticəsində 1966-cı il təvəllüdlü Q.Ş. saxlanıldı.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Verilən məlumata görə, o, külli miqdarda narkotik maddənin qanunsuz alqı-satqısı, həmçinin odlu silah və sursatların qanunsuz alınması və saxlanılmasında ittiham olunur.
"Təqsirləndirilən şəxsin şəxsi və yaşadığı müvəqqəti mənzilində axtarış aparılarkən hüquq-mühafizə orqanları sübut olaraq 147 buprenorfin tərkibli Suboksin və 14 paket Eroin dərmanları və Tokarev tapançası, Naqani sistemli revolver və 18 sursat güllə sübut kimi götürülmüşdür.
Gürcüstanın Cinayət Məcəlləsinin 260-cı maddəsinin 1-ci və 6-cı hissələrinin, habelə 236-cı maddənin 3-cü hissəsi ilə qanunsuz olaraq külli miqdarda narkotik maddənin alınması və saxlanması, odlu silah və sursatın alınması və saxlanması halları ilə bağlı istintaq davam etdirilir. - deyə Daxili İşlər Nazirliyindən bildirilir.
Cinayətlər 20 ilə qədər və ya ömürlük həbs cəzası nəzərdə tutur.


