19 
Iyn
2021
12:12
429

Uşağa işgəncə ittihamı ilə ögey atası və ana saxlanıldı

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin azyaşlılar üzrə baş bölməsinin əməkdaşları, azyaşlılar qarşı qrup şəklində işgəncə verilməsi faktı üzrə aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində yeniyetmənin 1993-cü il təvəllüdlü ögey atası A.S. və ana - 1993-cü il təvəllüdlü M.D. Tbilisidə saxlanıldı.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Verdilən məlumata görə, istintaq nəticəsində M.D. və həyat yoldaşı - A.S. azyaşlı - 2014-cü il təvəllüdlü V.D.-ya cəzalandırma məqsədilə xüsusiyyəti, intensivliyi və uzun müddətinə nəzərən ciddi fiziki ağrı hesab olunan işgəncə verilirdi.

"Əməliyyat-istintaq və axtarış tədbirləri nəticəsində hüquq-mühafizə orqanları A.S. və M.D.-nı Tiflisdə təqsirləndirilən şəxs kimi saxlayıb. İstintaq çərçivəsində müvafiq ekspertizalar təyin edilir və bütün müvafiq istintaq və prosessual tədbirlər aparılır.

Yeniyetmə, kiçik qardaşı ilə birlikdə sosial işçi tərəfindən təhlükəsiz yerə aparılıb.

İstintaq Gürcüstanın Cinayət Məcəlləsinin 11 prima-144 prima maddəsinin ikinci hissəsinin, "e" və "z" yarımbəndlərinə əsasən, bir azyaşlıya qrup şəklində işgəncə verilməsi faktı üzrə aparılır."- məlumatda bildirilir.
Törədilən cinayət 9 ildən 15 ilədək həbs cəzası nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər