Gürcüstan vətəndaşı Dito Xelxelauri Polşada ölü tapılıb.
InterPress.ge xəbər verir ki, ailə üzvləri son bir həftədir ki, onunla əlaqə qura bilməmişdilər.
O, əslən Telavi Bələdiyyəsinin Kondoli kəndindən idi və 4 il əvvəl Varşavaya gedib. Gənc bir neçə gündür axtarışda idi. Bu işə həm yerli polis, həm də Gürcüstanın Polşadakı səfirliyi cəlb olunmuşdu.
