Gürcüstanın Baş Prokurorluğu bəyanat yayır
Gürcüstanın Baş Prokurorluğundan verilən məlumata görə, TV Pirveli - nin efirində yayımlanan "Nodar Meladzenin şənbə günü" reportajında istifadə olunan səs yazıları modelləşdirilib və saxtalaşdırılıb.
InterPress.ge xəbər verir ki, bu barədə bu barədə Prokuror Amiran Quluaşvili idarədə keçirilən brifinqdə belə bəyan edib.
Onun dediyinə görə, səs yazılarında düzəliş izləri var və tamamilə montaj nəticəsində hazırlanıb.
Prokurorun sözlərinə görə, istintaq zamanı aparılan istintaq-prosessual tədbirlər nəticəsində İrakli Ğaribaşviliyə, Bera İvanişviliyə və Anzor Çubinidzeyə məxsus mobil telefon nömrələrinin 2011-ci ilin oktyabrından 2012-ci ilin oktyabrınadək gizli dinlənildiyi müəyyənləşib.
"Yüksək ictimai marağa görə, 6 mart 2021-ci il TV Pirvelidə Nodar Meladzenin şənbə günü verilişində yayımlanan gizli səs yazıları əsasında başladılan istintaqın və bu mərhələdə müəyyən edilmiş nəticələr, əldə edilmiş mühit və dəlillər barədə ictimaiyyəti məlumatlandırmaq istəyirik.
Bu səs yazılarının ictimaiyyətə yayımlanmasından sonra, maraqlı şəxslər tərəfindən qeyddə iştirak edənlərin hərəkətlərində cinayət əlamətləri olduğu və idarələrin lazımi şəkildə cavab verməsi barədə, həmçinin səs sənədlərinin 2012-ci ildən sonra, İrakli Ğaribaşvilinin nazirliyi dövründə yaradıldığına dair bir fikir var idi.
İstintaq zamanı həyata keçirilən istintaq və prosessual tədbirlər nəticəsində İrakli Ğaribaşviliyə, Bera İvanişviliyə və Anzor Çubinidzeyə məxsus mobil telefonların 2011-ci ilin oktyabrından 2012-ci ilin oktyabrına qədər gizli dinlənildiyi məlum oldu. Xüsusilə, onların gizli telefon danışıqlarının bir neçə cinayət işində, Konstitusiya Təhlükəsizliyi İdarəsinin rəisi vəzifəsindəki şəxslərin tağşırığı və təşkili ilə 4 oktyabr 2011-ci ildə, yəni Bidzina İvanişvili tərəfindən siyasi müxalifət partiyasının yaradılmasından eləcə də 2012-ci ilin Parlament seçkilərində iştirak edəcəyi barədə bəyanından bir gün əvvəl başladı.
Gizli telefon nəzarəti 13 cinayət işi üzrə aparılırdı, xüsusilə: narkotik vasitələrin satılması, oğru dünyasına üzv olmaq, qəsdən öldürmə, terrorizm, qanunsuz gəlirlərin qanuniləşdirilməsi, saxtakarlıq, seçicilərin alınması və şəxslərin axtarılması.
Qeyd olunan işlərin materiallarının araşdırılması göstərir ki, İrakli Ğaribaşvili, yetkinlik yaşına çatmayan Bera İvanişvili və Anzor Çubinidzenin göstərilən faktlarla heç bir əlaqəsi olmayıb. Gizli dinləmə materiallarında, mobil telefon nömrələrinin sahiblərinin uydurma adları və ləqəbləri olan şəxsiyyəti məlum olmayan şəxslər olduğu və gizli dinləmə üçün əsasların qanunsuz olaraq, prosessual qanunları kobud şəkildə pozduğu müəyyən edilmişdir.
Məsələn, İrakli Ğaribaşvilinin telefon nömrəsinə qanunsuz olaraq Qiorqi Culaia, İrakli Mgedlişvili, (kimsə Beso adından), Bera İvanişvilinin telefon nömrəsi - Qiorqi Pruidze, Qiqa, Sandro, Anzor Çubinizdenin isə - Tornike Ğipiani, (Zura adlı birisinin adıyla) və s.
Qeyd etmək lazımdır ki, yuxarıda göstərilən cinayət işləri çərçivəsində, həmçinin rəsmi olaraq yaradılmış əsaslar, uydurma adlar və ləqəblərlə, adları çəkilən şəxslərdən əlavə, gizli telefon nəzarəti, Bidzina İvanişvili, ailəsi, Gürcü Arzusunun üzvləri, müxalif siyasətçilər, media rəhbərləri və jurnalistlərə aid telefon nömrələri də daxil olmaqla yüzlərlə insana qarşı kütləvi şəkildə həyata keçirilib.
İstintaq zamanı, Bera İvanişvili, İrakli Ğaribaşvili və Anzor Çubinidzenin telefon danışıqları ilə birbaşa və / və ya digər şəkildə əlaqəli olan Konstitusiya Təhlükəsizliyi Departamentinin keçmiş işçiləri dindirildi. Şahidlər 2011-2012-ci illərdə adları çəkilən şəxslərin telefon dinləmələri faktını təsdiqlədilər və eyni zamanda kütləvi şəkildə yaımlanan səs yazılarındakı şəxslər arasındakı dialoqları tematik və parçalı şəkildə xatırladılar.
Araşdırmada, 2011-ci ilin oktyabrında müxalif siyasi partiyanın qurulması və 2012-ci il parlament seçkilərində iştirak etməsi ilə bağlı ictimai açıqlama verdikdən sonra, azyaşlı Bera İvanişvilinin də daxil olmaqla, Bidzina İvanişvilinin ailəsinə qarşı kütləvi qara piar kampaniyası başladıldığı da ortaya çıxdı, bu da sosial şəbəkələr də daxil olmaqla ictimai məkanda hədələyici açıqlamalar və ya mesajların yayılması ilə müşayiət olundu. Təhlükəsizlik səbəbi ilə təhdid mesajları Anzor Çubinidzenin rəhbərlik etdiyi təhlükəsizlik xidmətinə ötürüldü. Təhlükəsizlik xidməti konkret məlumatın həqiqi bir təhdid olub-olmadığını yoxlayırdı.
İstintaq zamanı, TV Pirveli -nin efirində yayımlanan qeydlərdən istifadə edərək kimliyi müəyyənləşdirilən bütün şəxslər də sorğuya çəkildi.
2011-ci ildə təhdid mesajlarını yoxlamaq üçün Bera İvanişvilinin təhlükəsizlik xidmətinin nümayəndələrinin iki dəfə mesajın müəllifləri ilə görüşdükləri və onlarla söhbət etdikləri təsbit edildi. Görüş hədələyici mesajların müəlliflərinin yaşayış evində, valideynlərinin və qonşularının iştirakı ilə baş tutub. Görüş zamanı heç bir zorakılıq, təhdid, məcbur etmə və ya digər cinayət əlamətləri baş verməyib.
Ekspertiza nəticəsinə səs yazılarında iştirak edən şəxslərin səsi və oriyentasiya yaşı müəyyənləşdirildi. Xüsusilə, səsi Bera İvanişvilinin səsinə bənzəyən şəxs səsyazma zamanı 13-18 yaş aralığında bir gəncdir. Səsi İrakli Ğaribaşvilinin səsinə bənzəyən şəxsin səsi Anzor Çubinidzenin səsinə bənzəyən şəxsin isə 35-40 arasında olduğu müəyyənləşdirildi.
Həmçinin fonoskopik ekspertiza səs yazılarında iştirak edən şəxslər arasında ünsiyyət formasının telefon olduğunu təsbit etdi.
Ünsiyyət forması, danışanların oriyentasiya yaşı və doğum tarixləri nəzərə alınaraq, 2011-2012-ci illərdə həyata keçirilən gizli dinləmələr nəticəsində əldə edilən söhbətlərin səs yazılarının redaktə edilməsində istifadə edildiyi bir daha təsdiqlənir.
Ekspertiza nəticəsində müəyyən olundu ki, həmçinin 6 mart 2021-ci ildə TV Pirveli -nin efirində yayımlanan reportajdakı bütün səs qeydlərində redaktə izləri olub və tamamilə hamısının montaj yolu ilə əldə edildiyi ortaya çıxıb. Düzəliş məqsədi ilə, xüsusi proqramlardan istifadə edərək, fərqli səs yazılarından götürülmüş fon qoyulub və redaktədən sonra dəyişdirilmiş məzmuna malik səs yazıları əldə edilib. Düzəliş prosesində söhbət iştirakçıları tərəfindən müxtəlif vaxtlarda və müxtəlif vəziyyətlərdə deyilən cümlələr, sözlər və hətta bəzi səslər səsləndirilir. Ümumilikdə, redaktorların istədikləri məzmunda səs yazıları əldə etmək üçün, yazılarda 170 yerdə tənzimləmə izləri qeyd olunur. Ekspertiza səs yazıları üçün daha çox intensivlik qazanmaq və söhbətlərdə süni şəkildə cinayət əlamətləri yaratmaq üçün İrakli Ğaribaşviliyə, Bera İvanişviliyə və ya Anzor Çubinidzeyə aid olmayan səs yazılarından 21 yerdə istifadə edildiyini təsdiqlənib.
Eyni zamanda, redaktə prosesində danışıq hissəsini seçməyi mümkünsüz edən, bəzi hallarda səsləri eybəcərləşdirən proqram impulslarından istifadə olunub", - bildirib Quluaşvili.


