Qarpız və yemişin satılmamasından şikayətlənən fermerlər aksiya keçirdi
Laqodexinin Qabal kəndi yaxınlığında qarpız və yemiş satışı ilə bağlı problemləri həll etmək üçün fermerlər aksiya keçiriblər.
InterPress.ge xəbər verir ki, aktivistlər Laqodexi-Ğvareli yolunu bağlayıblar.
Fermerlər satış probleminin ölkəyə çox miqdarda qarpız və yemişin gətirilməsindən və məhsullarını heç kimin almamasından sonra meydana gəldiyini söyləyiblər.
"Tonlarla məhsul məhv edilə bilər. Çox miqdarda almaq istəyənlərə, qarpızın kilosunu 30 tetri hesablayacağıq, amma alıcı yoxdur”, - dedi fermerlərdən biri.
Fermerlər əhalinin əksəriyyətinin məhsulu bankdan götürdüyü kreditlə başa gətirdiklərini və indi bank öhdəliklərini ödəməyin çətin olduğunu deyiblər. Hökumətdən qarpız və yemiş idxalını dayandırmağı xahiş edirlər. Hökumətdən heç kim etirazçılara cavab verməyib.
Hazırda yolda nəqliyyatın hərəkəti bərpa edilib.


