Ombudsman: "Hökumət gecə saatlarında hərəkəti məhdudlaşdırma zərurətini əsaslandırmayıb"
"İdarələrarası Şura gecə hərəkətini məhdudlaşdırma zərurətini əsaslandırmayıb".
InterPress.ge xəbər verir ki, bu barədə Xalq Müdafiəçisi Nino Lomgaria, İnsan Hüquqları Komitəsinin iclasında 2020-ci il hesabatının təqdimatı zamanı bildirib.
Ombudsmanın sözlərinə görə, şura müəyyən vaxtlarda hərəkətə qoyulan məhdudiyyətlərin koronavirusun yayılmasının qarşısını almağa təsiri barədə ictimaiyyətə məlumat verməlidir.
"Azadlıq və təhlükəsizlik hüququ baxımından ölkədəki vəziyyətə gəlincə, bu baxımdan biz hələ də qüvvədə olan"komendant saatı" probleminə diqqət yetiririk. 2021-ci il mart ayından etibarən bir sıra pandemiya məhdudiyyətləri ləğv olunsa da, Gürcüstan hökuməti hərəkət azadlığı məhdudiyyətini qüvvədə qoymağın zəruriliyi üçün elmi əsaslandırılmış bir əsas təqdim etməyib və inanırıq ki, İdarələrarası Şura müəyyən vaxtlarda hərəkətə qoyulan məhdudiyyətlərin koronavirusun yayılmasının qarşısını alması təsirini əsaslandırmalı və bu barədə ictimaiyyətə məlumat verməlidir", - dedi Nino Lomgaria.


