Mərkəz rəhbəri ölkədəki epidemioloji vəziyyətlə bağlı açıqlama verdi
"Ölkədə epidemioloji vəziyyət yaxşılaşır, lakin bu yaxşılaşma çox ləng bir sürətlə davam edir. Vəziyyətin pisləşməsi riski yüksəkdir".
InterPress.ge xəbər verir ki, bu barədə Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze açıqlama verib.
Milli Xəstəliklərə Nəzarət Mərkəzi rəhbərinin sözlərinə görə, ölkədə Britaniya ştammı 80%-90% üstünlük təşkil edir və bu səbəbdən ölüm nisbəti hələ də yüksəkdir, lakin epidemioloji nisbət stabildir.
"Son vaxtlarda laboratoriyada bir Cənubi Afrika və 18-ə qədər Hindistan ştammı təsdiqləndi, lakin bu, yalnız 18 nəfərdə bu ştammın olduğu mənasına gəlmir. O, Cənubi Afrika ştammı kimi nisbətən çox adamda var, ölkədə əsasən Britaniya ştammı üstünlük təşkil edir. Ölkədə epidemioloji vəziyyət yaxşılaşır, lakin bu yaxşılaşma çox ləng bir sürətlə davam edir. Vəziyyətin pisləşməsi riski yüksəkdir. Davamlı olaraq bir neçə tədbirin görülməsi vacibdir”, - dedi Amiran Qamğrelidze.


