Xarici vətəndaşlar üçün Gürcüstana daxil olma yüngülləşdiriləcək
"Koordinasiya Şurasının qərarı Gürcüstana daha çox turist və ailə qrupunun gəlməsini töhvə verəcək".
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Milli Turizm İdarəsi rəhbərinin müavini Tamar Koriauli açıqlama verib.
Tamar Koriaulinin qeyd etdiyinə görə, Koordinasiya Şurası turizm sektorunu təşviq etmək üçün iki mühüm qərar verib.
"Birincisi, vətəndaşları və sakinləri yalnız PCR testinin mənfi cavabını təqdim etdiyi təqdirdə Gürcüstana gələ biləcək ölkələrin siyahısına daha 10 ölkə əlavə edildi və digər bir başqa qərar da verildi, tənzimləmələri asanlaşdırmaq üçün 10 yaşınadək uşaqların artıq həm quru həm də hava sərhədlərindən keçərkən PCR testi təqdim etmələri tələb olunmayacaq. Bu qərar Gürcüstana daha çox turist və ailə qrupu gətirməyə töhvə verəcək", - dedi Tamar Koriauli.
Məlumat üçün bildirək ki, Koordinasiya Şurasının qərarına əsasən, vətəndaşları və sakinləri PCR testinə mənfi cavab əsasında Gürcüstana girib səyahət edə biləcək ölkələrin siyahısı genişləndirilib.
Gürcüstana quru, hava və dəniz yolu ilə daxil olan 54 ölkəyə daha 10 dövlət əlavə edilib. Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Milli Turizm İdarəsi rəhbərinin müavini Tamar Koriauli, yay turizm mövsümü ərzində Gürcüstana daha çox turistin cəlb olunmasına kömək edəcək turizm sektoru üçün qəbul edilən vacib qərardan danışıb.


