Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Gürcüstanda məscidlərin fəaliyyəti ilə bağlı qərar verildi

2,721
Gürcüstanda məscidlərin fəaliyyəti ilə bağlı qərar verildi
Dinləmək üçün basın

Gürcüstan Müsəlmanları İdarəsi (GMİ) Ramazan ayında ölkədəki məscidlərin fəaliyyəti barədə qərar qəbul edib.

Gürcüstan Müsəlmanları İdarəsi (GMİ) Ramazan ayında ölkədəki məscidlərin fəaliyyəti barədə qərar qəbul edib.

InterPress.ge xəbər verir ki, məscidlərdə namaz, həmçinin kütləvi iftar məclislərindən uzaq durmaq tövsiyə olunub.

GMİ Ramazan ənənəsi olan iftar süfrələri təşkil etmək əvəzinə onun dəyəri qarşılığında yoxsul və kimsəsizlərə pul və yaxud ərzaq yardımı göstərməyi də tövsiyə edib.

“Bu qərarla biz, Gürcüstanın sayca ikinci dininin nümayəndələrindən olan tamhüquqlu müsəlman vətəndaşları düşünürük ki, həm Allahın razılığını qazanmış və həm də belə ağır günlərdə dövlətimizə dəstək olmaqla insanların sağlamlığı yolunda tədbir görmüş olarıq”, - qərarda bildirilib.

Qeyd edək ki, koronavirusla bağlı ölkədə martın 17-dən etibarən məscidlərdə dini mərasim və ibadətlər dayandırılıb.(report)

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →