17 
Iyn
2021
11:02
12782

Gürcüstana daxil olanların nəzərinə - YENİ QAYDA

Gürcüstana xarici ölkələrdən daxil olan 10 yaşadək uşaqlar son 72 saat ərzində aparılan PCR testinin mənfi nəticəsini təsdiqləyən arayış təqdim etmək öhdəliyindən azad edilib.

InterPress.ge xəbər verir ki, bu, Gürcüstan hökumətinin ölkəyə daxil olma qaydalarına edilən düzəlişdə əks olunub.

Həmçinin 10 yaşa qədər uşaqlar sərhədi keçdikdən sonra üçüncü gün PISAR testindən keçmək öhdəliyindən azad olunub.

Bu, Gürcüstan Hökumətinin 16 iyun tarixli qərarı ilə qüvvəyə minən Hökumətin 322 saylı qərarında dəyişiklik ilə nəzərdə tutulmuşdur.

Sənədə əsasən, Gürcüstan Hökumətinin "İzolyasiya və Karantin Qaydalarının Təsdiqinə dair" 23 May 2020-ci il tarixli 322 nömrəli qərarına dəyişiklik daxil edilir və onun 11-ci maddəsinin 41-ci bəndinə "e" yarımbəndi əlavə edilir və qeyd olunan bənd bunu nəzərdə tutur: Beynəlxalq hava, quru və dəniz səyahətləri halında, xarici ölkədən gələn 10 yaşınadək hər hansı bir şəxs (vətəndaşlığından asılı olmayaraq) səfərdən əvvəl son 72 saat ərzində mənfi PISAR testi təqdim etmək və sərhədi keçdikdən sonra 3-cü gün PISAR testindən keçmək məcburiyyətindən azad edilir".

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər