Gürcüstanda koronavirusdan sağalanların sayı 79-a çatıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
Məlumata görə, ölkədə karantində 5035, stasionar nəzarətdə isə 540 nəfər saxlanılır.
Qeyd edək ki, bu günə qədər Gürcüstanda COVID-19 infeksiyasına 370 nəfər yoluxub, onlardan 3 nəfər dünyasını dəyişib.
