Prokurorluq Muxrani kəndində qəsdən adam öldürmə faktı ilə əlaqədar bir nəfəri qiyabi ittiham etdi
Gürcüstan Prokurorluğu Mçxeta rayonunun Muxrani kəndində qəsdən adam öldürmə faktı ilə əlaqədar bir nəfəri qiyabi ittiham edib.
InterPress.ge xəbər verir ki, Prokurorluq, qanunla müəyyən edilmiş müddətdə təqsirləndirilən şəxs üçün həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətlə Mçxeta Rayon Məhkəməsinə müraciət edəcək.
Məlumata görə, Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaq zamanı 10 iyun 2021-ci ildə, Mçxeta rayonunun Muxrani kəndində B.İ.- nin qisas almaq və qəsdən öldürmək məqsədilə, küt bir vasitə ilə D.Ç.- yə həyatı üçün təhlükəli olan ciddi ziyan vurduğu məlum olub. Aldığı xəsarət nəticəsində D.Ç. 14 iyunda xəstəxanada vəfat edib.
B.İ. istintaq orqanının qarşısına çıxmaqdan çəkindiyinə görə, Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi (qəsdən adam öldürmə) ilə qiyabi olaraq ittiham olundu, bu da 7 ildən 15 ilə qədər həbs cəzasını nəzərdə tutur.
Cinayət işi üzrə istintaq davam etdirilir”, - deyə idarədən bildirilib.


