16 
Iyn
2021
11:06
542

Çörəyin qiyməti arta bilər...

Un subsidiyası proqramı iyun ayının sonunda başa çatır və bu da çörəyin qiymətinin artmasına səbəb ola bilər.

InterPress.ge xəbər verir ki, Gürcüstan hökuməti buğda ununa subsidiyanı davam etdirməyə qərar verməsə, iyul ayında çörəyin qiyməti 10-15 tetri arta bilər.

Gürcüstan Buğda və Çörək Məhsulları Assosiyasiyasının İcraçı direktoru Levan Silaqava uzun müddətdir ki, subsidiya proqramı davam etməsə çörəyin qiymətinin 15-20 tetri qalxacağını bildirir.

Onun sözlərinə görə, hökumətin çörək qiymətinin artımını sığortaladığı subsidiya proqramı iki tender yolu ilə həyata keçirilir: Birinci tenderdə dövlət birinci dərəcəli un üçün 10 larilik subsidiyaya, ikinci tender çərçivəsində isə 15 larilik subsidiyaya ehtiyac duyurdu.

Un subsidiyasına 1,3 milyon lari xərclənib.

Hökumət 1 torba un üçün subsidiyanı artırıb. Xüsusilə, hökumətin qərarına əsasən, subsidiya miqdarı, 50 kiloqramlıq birinci dərəcəli buğda unu üçün 10 laridən 15 lariyə qaldırılıb.

Bizimlə əlaqə saxlayın