Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Sürücülük vəsiqəsi ilə bağlı saxta sənəd hazırlayan şəxs saxlanıldı

491
Sürücülük vəsiqəsi ilə bağlı saxta sənəd hazırlayan şəxs saxlanıldı
Dinləmək üçün basın

Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları saxta rəsmi sənəd hazırlamaq və satmaq faktı ilə əlaqədar bir nəfəri saxlayıb.

Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları saxta rəsmi sənəd hazırlamaq və satmaq faktı ilə əlaqədar bir nəfəri saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumat İstintaq Xidməti tərəfindən yayılır.

Məlumata görə, istintaq zamanı Sameqrelo-Zemo Svaneti bölgəsində qeydiyyatdan keçmiş sürücülük məktəbinin nümayəndəsinin pul müqabilində "D" kateqoriyalı sürücülük kursunu bitirdiyini təsdiqləyən saxta vəsiqələr hazırladığı və satdığı, ancaq faktiki olaraq vətəndaşları müvafiq kurs çərçivəsində öyrətmədiyi məlum olub.

Gürcüstan Cinayət Məcəlləsinin 4 ildən 6 ilədək həbs cəzasını nəzərdə tutan 221-ci maddəsinin üçüncü hissəsi və 362-ci maddəsinin birinci hissəsi ilə istintaq aparılır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →