15 
Iyn
2021
16:18
1450

Bolnisidə baş verən qətl ilə bağlı DİN açıqlama verdi

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Bolnisi Bölgə Şöbəsinin əməkdaşları R.M.- u saxlayıblar.

Bu barədə Daxili İşlər Naziriyindən InterPress.ge- yə məlumat verildi.

Məlumata görə, o, ölümlə nəticələnən ailə üzvünə qəsdən ağır bədən xəsarəti yetirməklə ittiham olunur.

İstintaqla təsdiq olundu ki, təqsirləndirilən şəxs 12 iyun tarixində Bolnisi Bələdiyyəsinin Naxiduri ( Arıxlı) kəndində həyat yoldaşı 1981-ci il təvəllüdlü S.İ.- ya fiziki təzyiq göstərib və zərərçəkən təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılarkən yolda həyatını itirib.

Gürcüstan Cinayət Məcəlləsinin ailə üzvünə qəsdən ağır bədən xəsarəti yetirməsi və ölümlə nəticələnən 117-ci maddəsi ilə istintaq aparılır.

Cinayət 6 ildən 9 ilədək həbs cəzası nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər