Qiorqi Vaşadze Gürcü arzusunun millət vəkillərinə müraciət etdi
"Gürcü Arzusu millət vəkillərinə müraciət edirəm, heç bir siyasi mənsubiyyət olmadan, övladlarımızı və nəvələrimizi onlara yüklədiyiniz ən ağır borc yükündən qurtarmaq üçün hər kəslə oturmağa hazıram".
InterPress.ge xəbər verir ki, bu barədə "Ağmaşenebeli Strategiyası" nın lideri Qiorqi Vaşadze qeyd edib.
Onun sözlərinə görə, ölkənin ümumi borcu 33 milyardı ötür. Vaşadze təşəbbüs irəli sürür ki, iqtidar partiyası, müxalifət və mütəxəssislərin iştirakı ilə işçi qrupu yaratsın, məbləğin nəyə xərcləndiyini təyin etsin və ölkənin borcunun azaldılmasına dair bir strategiya üzərində işləsin.
Onun bildirdiyinə görə, "Ağmaşenebeli Strategiyası" nın bu mövzuda xüsusi bir baxışı var.
"Bu borcun 25 milyardı Gürcü Arzusu şərtləri ilə alınır.Ölkə kritik həddi keçib və tezliklə "qara siyahı"- ya düşə bilər. Bu halda isə kritik şərtlərdə belə borc ala bilmərik. Gürcü Arzusunun hakimiyyəti dövründə ölkə əslində iflasa uğrayır və belə çıxır ki, biz yəni hər Gürcüstan vətəndaşı, 9000 lari borcumuz var. Belə davam etmək mümkün deyil. Ölkəni xilas etmək, bu borclardan qurtulmaq üçün bir təşəbbüs irəli sürürük. Hər şeydən əvvəl, Gürcü Arzusu millət vəkillərinə müraciət edirəm, heç bir siyasi mənsubiyyət olmadan, övladlarımızı və nəvələrimizi onlara yüklədiyiniz bu ağır borc yükündən qurtarmaq üçün hər kəslə oturmağa hazıram.
Bütün müxalifət qüvvələri, bütün mütəxəssislər, bütün iqtisadçılar, vətəni sevən hər kəslə birlikdə oturmağımızı təklif edirəm. Bu gün, sabah ölkəni iflasdan qurtarmırıqsa, ölkə iflas edə bilər. Bu o deməkdir ki, sahib olduğumuz hər şey məhv olacaq, əmlakımız dəyər itirəcək, iş yerimizi, ölkədə hər şeyi itirəcəyik"- dedi Vaşadze.


