14 
Iyn
2021
15:53
294

Ölkə daxilində turizm məlumat mərkəzləri açılır

Pandemiya səbəbindən dayandırılmış turizm məlumat mərkəzləri fəaliyyətlərini bərpa ediblər.

InterPress.ge xəbər verir ki, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Milli Turizm İdarəsi bu barədə məlumat yayır.

Məlumata görə, artıq Tbilisi, Batumi və Kutaisi beynəlxalq hava limanlarında məlumat mərkəzləri açılıb.

Milli Turizm İdarəsi rəhbərinin müavini Tamar Ğoriaulinin sözlərinə görə, Kutaisi və Batumi beynəlxalq hava limanlarında turizm informasiya mərkəzləri artıq tam gücü ilə işləyir.

“Ölkə sərhədlərinin tədricən açılması ilə birlikdə informasiya mərkəzlərini də bərpa etməyə başladıq, daxil olan qonaqlar Gürcüstanda turizm məhsulları və xidmətləri, həmçinin kovid pandemiyası ilə əlaqəli qaydalar barədə ətraflı məlumat ala biləcəklər.

Bizim prioritetimiz ölkəyə daxil olan turistlərin tam məlumata sahib olması və Gürcüstanda təhlükəsiz vaxt keçirmələridir. Qeyd etmək lazımdır ki, Tbilisi, Kutaisi və Batumi beynəlxalq hava limanlarındakı turizm məlumat mərkəzləri artıq tam gücü ilə işləyir”, - dedi Tamar Ğoriauli.

Administrasiyadan verilən məlumata görə, Milli Turizm İdarəsi və USAID Zrda ilə əməkdaşlıq çərçivəsində, məlumat mərkəzlərinin işçiləri üçün təhlükəsizlik standartları və peşə inkişafı üçün müxtəlif təlimlər keçirilib.

"Turizm məlumat mərkəzlərinin məqsədi Gürcüstana gələn və yerli turistləri turizm xidmətləri və turizm məhsulu barədə tam məlumatlandırmaq, Gürcüstanın turizm potensialını və yeni məhsulu populyarlaşdırmaqdır.

Gürcüstan Milli Turizm İdarəsinin pulsuz qaynar xətti - 0 800 800 909 ilə turistlər 24 saat məlumat əldə edə bilərlər", - məlumatda qeyd olunur.

Bizimlə əlaqə saxlayın