14 
Iyn
2021
10:40
239

Türkiyə Prezidenti Azərbaycana rəsmi səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, NATO-nun Brüsseldəki sammitindən sonra iyunun 15-16-da Azərbaycana rəsmi səfər edəcək.

InterPress.ge xəbər verir ki, bu barədə Ərdoğan açıqlama verib.

“NATO sammitindən sonra Azərbaycana səfər edəcəyəm. Türkiyə-Azərbaycan qardaşlığı bölgədə sülhün və rifahın təməlidir. Dağlıq Qarabağda tarixi qələbə ilə Azərbaycan 30 illik işğalı başa vurdu. Bu qələbə bölgədə sabit sülhün təməlini qoydu. Bu mərhələdə qələbənin əldə olunduğu torpağı ziyarət edəcəyəm. Qardaşım İlham Əliyevlə türk dünyası üçün tarixi şəxsiyyətlərin yetişdirildiyi Şuşaya gedəcəyəm. Sonra isə Əliyevlə Bakıda, türk komandasının oyununu izləyəcəyəm", - dedi Ərdoğan.

Mətbuatda yer alan məlumatlara görə, Şuşa şəhərinə səfər zamanı ikitərəfli görüşlər keçiriləcək, burada Türkiyə-Azərbaycan münasibətlərinin bütün aspektləri və onların daha da dərinləşməsi müzakirə ediləcək. Səfər zamanı Türkiyə Prezidenti Azərbaycan Parlamentində çıxış edəcək.

Bizimlə əlaqə saxlayın