"Peyvəndləmə prosesini stimullaşdırmaq üçün bütün işçiləri hər iki dozada peyvənd olunan qurumlara "yaşıl" statusu verilə bilər" .
InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Milli mərkəzinin rəhbəri Amiran Qamğrelidze açıqlama verib.
"Söhbət tibb müəssisələrinə müəyyən stimulların verilməsindən gedir. Bu gün də, dünən də Acarıstanda yaşıl qurumlardan bəhs etdik. Bu statusla tibb müəssisəsində, məktəbdə və ya restoranda hərkəsin peyvənd olunduğu bilinəcək"- dedi Qamğrelidze.
