13 
Iyn
2021
13:31
403

Mağaza qarət edən 17 yaşlı gənc saxlanıldı

2004 təvəllüdlü şəxs Tbilisidə Çavçavadze prospektindəki "Aiplus" - u qarət etdiyi üçün polis tərəfindən saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat yayılıb.

"İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs cari ilin 11 iyun tarixində Tbilisidə İlia Çavçavadze prospektindəki Aiplus mağazasının vitrin şüşəsini sındırmaq üçün fiziki güc tətbiq edib, bundan sonra Q.R. mağazaya daxil olub və gizli şəkildə mobil telefonları ələ keçirib. Hüquq-mühafizə orqanları hadisənin ertəsi günü şübhəlini Şida Kartlidə saxlayıb"- Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Oğurlanmış telefonların bir qismi sübut kimi götürülüb.

Cinayət 3 ildən 5 ilədək həbs cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər