12 
Iyn
2021
16:07
231

Telavidə bir nəfər saxlanıldı

Daxili İşlər Nazirliyinin Kaxeti Polis Departamentinin Telavi Rayon Şöbəsinin əməkdaşları 1998 təvəllüdlü Z.S - nı qəsdən adam öldürməyə cəhd ittihamı ilə saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, cinayət yeddi ildən 15 ilədək həbs cəzasını nəzərdə tutur.

"İstintaq Telavidə bir neçə nəfər arasındakı mübahisənin fiziki qarşıdurmaya çevrildiyini və bu zaman təqsirləndirilən Z.S hadisəyə qarışan şəxslərdən biri - 2000 təvəllüdlü B.K -nı küt alətlə ölümcül yaraladığını müəyyənləşdirib.

Yaralı şəxs müvafiq tibbi yardımın göstəriləcəyi klinikaya aparılıb.

Mübahisə zamanı təqsirləndirilən Z.S müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, hazırda xəstəxanada müalicə olunur.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd maddəsini nəzərdə tutan 19-108 - ci maddəsi ilə aparılır" - məlumatda qeyd olunur.

Bizimlə əlaqə saxlayın