Tbilisi Petriaşvili küçəsində, şərab zavodunun yaxınlığında gənclər arasında qarşıdurma baş verib.
InterPress.ge Mtavari arxi - yə istinadən xəbər verir.
Məlumata görə, qarşıdurma komendant saatından bir neçə dəqiqə əvvəl baş verib.
Hadisə səbəbiylə Melikişvili prospektində nəqliyyatın hərəkəti müvəqqəti dayandırılıb.
Fiziki qarşıdurmanın səbəbi hələ ki, məlum deyil.
