12 
Iyn
2021
00:13
2145

Dmanisidə qarşıdurma yaşanıb - DİN dörd nəfəri saxladı

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis İdarəsinin əməkdaşları 4 nəfəri saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu baərəd DİN məlumat yayır.

Bildirilir ki, 1993 təvəllüdlü N.A, 1999 təvəllüdlü L.O və keçmişdəki məhkum olunmuş, 1992 təvəllüdlü N.M və 1993 təvəllüdlü N.M saxlanılıb.

Məlumata görə, bu şəxslər iki və ya daha çox şəxsə qarşı qrup halında zorakılıqla ittiham olunurlar.

İstintaq, müttəhimlərin bu il iyunun 10-da Dmanisi rayonunda tanış olduğu 1982-ci il təvəllüdlü L.N və yoldaşları 1983-cü il təvəllüdlü E.N və 1984-cü il təvəllüdlü R.M -ya şifahi və fiziki zorakılıq etdiklərini müəyyən edib.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsinin birinci, iki və ya daha çox şəxsə qarşı qrup zorakılığını nəzərdə tutan "b" və "c" yarımbəndləri ilə aparılır.

Cinayət 2 ilədək həbs cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın