11 
Iyn
2021
21:19
2955

Amiran Qamğrelidze maska taxmaqdan və komendant saatından danışdı

"Əhalinin kritik kütləsi aşılanana qədər maskanı çıxara bilmərik".

InterPress.ge xəbər verir ki, bu barədə Milli Xəstəliklərə Nəzarət və Xalq Sağlamlığı Mərkəzinin rəhbəri Amiran Qamğrelidze açıqlama verib.

Onun dediyinə görə, komendant saatının qaldırılması barədə qərar hələ verilməyib, ancaq məsələ müzakirə olunur.

“Bu mərhələdə komendant saatı hələ qaldırılmayıb, müzakirələr aparılır. Bununla bağlı bəzi fikirlər var, hansı formada yüngülləşdirilsin və ya yüngülləşdirilməsin. Təxminən 2 həftə epidemioloji vəziyyəti müşahidə edəcəyik və buna görə qərar veriləcək. Rəsmi olaraq 3,7 milyon insan ölüb, qiymətləndirilən nisbət 7 milyona yaxındır. Pandemiya Gürcüstanda 5.000 insanın ölümünə səbəb oldu. Buna görə də bir çox şeyin narahatedici olduğunu başa düşürəm, ancaq pandemiya əsrdə bir-iki dəfə baş verir", - söylədi Qamğrelidze.

Bizimlə əlaqə saxlayın