11 
Iyn
2021
14:10
852

Polad Xəlilov: "Hacımurad Xəlilov adına küçənin adını dəyişmək istəyirlər"

Marneulidə azərbaycanlıya məxsus küçə adının dəyişdirilməyə çalışıldığı iddia olunur.

InterPress.ge xəbər verir ki, bu barədə siyasətçi Polad Xəlilov öz Facebook sosiyal şəbəkə səhifəsində qeyd edib.

Onun qeyd etdiyinə görə, Marneulidə 1998- ci ildə Azərbaycanın Ulu öndəri Heydər Əliyevin, Gürcüstanın o dövrdəki Prezidenti Eduard Şevardnadzenin və Zurab Jvanianın təşəbbüsü ilə Marneuli küçələrinin birinə atası Hacımurad Xəlilovun adı verilib və indi bu küçənin adını dəyişmək istəyirlər.

Qeyd edək ki, Hacımurad İsmayıl oğlu Xəlilov - 1939-cu ildə qədim Borçalı mahalının əsrarəngiz gözəl təbiəti ilə məşhur olan Baskeçid (indiki Gürcüstanın Dmanisi) rayonundakı Bəzəkli kəndində anadan olmuşdu.

Orta təhsilini Baskeçid rayon mərkəzindəki rus orta məktəbində, ali təhsilini isə Tbilisi Kənd Təsərrüfatı İnistitutunda almışdı.
Baytarlıq ixtisasını bitirmişdi.

Sonralar təhsilini Moskvada Ali Partiya məktəbində davam etdirmişdir.

1961-1966-cı illərdə rayon komsomol təşkilatında çalışmışdır.

1966-1968-ci illərdə Marneuli rayon komsomol komitəsinin ikinci katibi, 1968-1970-ci illərdə Marneuli rayon partiya komtəsinin təşkilat şöbəsində inspektor, 1970-1983-cü illərdə Marneuli rayon partiya komtəsinin təşkilat şöbəsinin rəisi, 1983-1985-ci illərdə Marneuli şəhər partiya komitəsinin üçüncü katibi, 1985-1987-ci illərdə Marneuli şəhər partiya komitəsinin ikinci katibi olmuşdur.

H.Xəlilov 1987-ci ildə 6-cı çağırış rayon deputatı və Marneuli şəhər Soveti İcraiyyə komitəsinin sədri seçilmişdir. Marneuli şəhər soveti icraiyyə komitəsi ləğv olunana qədər - 1991-ci ilədək o, bu vəzifədə şərəflə çalışmışdır. 1989-cu ildə respublikada baş vermiş məlum hadisələrədən sonra, daha dəqiq desək, Z.Qamsaxurdiyanın hakimiyyəti dövrundə öz işinə fasilə vermiş və müxalifətə keçmişdir. 1993-cü ildə Vətəndaşlar Birliyi Partiyasının həmsədri olmuşdur. 1994-cü ildə Kvemo-Kartli - Borçalı bölgəsində quberniya yaradılandan sonra prezidentin əmri ilə qubernatorun birinci müavini təyin olunmuşdur və o, ömrünün sonuna kimi (1994-cü il aprelin4-dək) bu vəzifədə şərəflə çalışmışdır.

İctimali siyasi xadim, el içində çox böyük nüfuz sahibi və hörmətli şəxsyətlərdən biri olmuş Hacımurad Xəlilov 1997-ci il aprel ayinin 4-də dünyasını dəyişmişdir.

Marneuli şəhərindəki küçələrdən birinə Xəlilov Hacımurad İsmayıl oğlunun adı verilmişdir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər