Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idi
TVCANLI

Gürcüstan DTX: Müxtəlif qüvvələr milli dəyərlər adı altında David Qareci ətrafında destruktiv fəaliyyət göstərir

1,046
Gürcüstan DTX: Müxtəlif qüvvələr milli dəyərlər adı altında David Qareci ətrafında destruktiv fəaliyyət göstərir
Dinləmək üçün basın

“Ötən il bəzi qruplar və individual şəxslər də daxil olmaqla, müxtəlif qüvvələr David Qareci ətrafındakı hadisələrdə milli dəyərləri qorumaq adı altında iştirak ediblər”.

“Ötən il bəzi qruplar və individual şəxslər də daxil olmaqla, müxtəlif qüvvələr David Qareci ətrafındakı hadisələrdə milli dəyərləri qorumaq adı altında iştirak ediblər”.

InterPress.ge xəbərinə görə, bu, Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) 2019-cu il üzrə hesabatında əksini tapıb.

Sənəddə bildirilib ki, Gürcüstan-Azərbaycan sərhədində vəziyyətin saxtalaşdırılması ilə destruktiv kampaniya aparılıb və bu kampaniya strateji tərəfdaşlıq əlaqələrinə malik iki ölkə arasında əlaqələrin zədələnməsi məqsədi güdüb.

“Bölgədəki geosiyasi çətinliklər fonunda Gürcüstan Türkiyə, Ermənistan və Azərbaycan ilə davamlı qonşuluq münasibətlərini davam etdirir. Bununla belə, davam edən ikitərəfli münasibətlərə birbaşa və ya dolayı yolla müdaxilə və onların qəsdən zədələnməsi üçün davamlı cəhdlər mövcuddur” – deyə hesabatda qeyd olunub.

Sənəddə vurğulanıb ki, ötən il Gürcüstan-Azərbaycan dövlət sərhədindəki vəziyyətlə iki ölkə arasında qurulan strateji tərəfdaşlığı təhlükə altına alan dağıdıcı kampaniya aparılıb: “Bu proseslərə müxtəlif qüvvələr, o cümlədən milli dəyərləri qorumaq adı altında gizlənən şəxslər və qruplar cəlb edilib və onlardan məsələni kəskinləşdirmək üçün fəal istifadə olunub. Məbəd ətrafındakı vəziyyəti işğal kimi təqdim etməyə cəhd edən təxribatçı çağırışlar edilib”.

Bildirilib ki, Gürcüstan DTX təxribatların qarşısını almaq və vəziyyəti sabitləşdirmək üçün müvafiq tədbirlər görüb: “DTX Gürcüstanla Azərbaycan arasındakı məsələnin tənzimlənməsi üçün qanuni format olan Dövlət Sərhədlərinin Delimitasiya və Demarkasiya Komissiyasının işində iştirak edir. Təhdidləri minimuma endirmək üçün danışıqlar prosesində iştirak edən qurumlara müvafiq tövsiyələr verilir”.

Hesabatda o da qeyd olunub ki, Gürcüstana təsir etməkdə maraqlı olan dövlətlər də ölkədə yaşayan müxtəlif etnik və dini qrupları qarşı-qarşıya qoymağa, cəmiyyətdəki narazılıqları öz məqsədləri üçün istifadə etməyə çalışır və əhəmiyyətli proseslərə mənfi təsir göstərmək üçün ictimai rəyi manipulyasiya etmək cəhdləri edirlər.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırSon xəbərlərə bax →