11 
Iyn
2021
13:05
296

Dənizdə itkin düşən gəncin cəsədi tapıldı

Xilasedicilər 4 iyun tarixində Kvariatidə dənizdə itkin düşən gəncin cəsədini tapıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Fövqəladə Hallar İdarəetmə Xidmətindən məlumat verilib.

“İyunun 4-də Daxili İşlər Nazirliyinin "112" İctimai Təhlükəsizlik İdarəetmə Mərkəzinə Kvariati ərazisində itkin düşən gənc barədə məlumat daxil oldu. Şahidlərin sözlərinə görə, itkin düşən şəxs dənizə girib, bundan sonra gözdən itib və xilasedicilərin köməyi lazım olub.

Fövqəladə Hallar İdarəetmə Xidmətinin əməkdaşları şəxsin itkin düşdüyü əraziyə qısa müddətdə gəldilər və aktiv axtarış-xilasetmə işlərinə başladılar.

Dalğıc qrupları və dəniz-xilasetmə qayığı Kvariatiyə doğru yola çıxdı. Sahil xəttinin monitorinqi canlı qüvvələr ilə həyata keçirildi. Axtarış-xilasetmə əməliyyatı zamanı Fövqəladə Hallar İdarəetmə Xidmətinin pilotsuz təyyarəsindən də fəal şəkildə istifadə edilmişdir.

Bir neçə gün davam edən axtarış-xilasetmə əməliyyatları nəticəsində dənizdən kişinin cəsədi çıxarıldı və ailə üzvü tərəfindən müəyyənləşdirildi",- məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər