11 
Iyn
2021
12:48
1834

Marneulidə sorğu keçirildi - VİDEO

Marneulidə Avropa İttifaqı və Nato haqqında yerli əhali arasında sorğu keçirildi.

InterPress.ge xəbər verir ki, gənc fəal Gülgün Məmmədxanovanın Marneulidə apardığı sorğu Avropa İttifaqı və Gürcüstanda milli azlıqlar: informasiya vakuumu və dezinformasiya mövzusunda idi.

Aparılan sorğuda Avropa İttifaqı və Rusiya ilə bağlı verilən suala Marneulinin azərbaycanlı icma nümayəndələrinin fikirləri müxtəlif olub.

Avropa İttifaqının maliyyə dəstəyi ilə Gürcüstanın siyasi institutu tərəfindən, Erasmus+ Jan Monenin "Həvəsləndir və Avropa üçün addım at" layihəsi çərçivəsində hazırlanan video sorğuda iştirak edən vətəndaşların bir hissəsi Gürcüstanla Rusiya yolunun açılmasının kənd təsərrüfatının Rusiya bazarına çıxarılmasında daha əlverişli olduğunu, digər hissəsi isə Avropada işləmək üçün Gürcüstanın Avropaya inteqrasiyasını dəstəklədiyini qeyd edirlər.
Qeyd olunan videoda sorğu ilə bərabər həm media nümayəndəsinin həm də qeyri hökumət təşkilatlarının nümayəndələrinin mövzu ilə bağlı analizləri/ fikirləri yer alır.

Sözügedən videonu təqdim edirik:

Bizimlə əlaqə saxlayın