11 
Iyn
2021
12:54
317

Aksizsiz tütün məhsullarının qanunsuz saxlanılmasına dair 10 fakt aşkar edildi

Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Vergi Monitorinqi Departamentinin Monitorinq İdarəsinin Qərb Şöbəsinin əməkdaşları, İmeretidə, Sameqreloda və Acariyada həyata keçirilmiş tədbirlər nəticəsində, 1 748 paket aksizsiz tütün məhsullarının qanunsuz saxlanılmasına dair 10 fakt aşkar ediblər.

InterPress.ge xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayır.

Gürcüstanın İnzibati Xətalar Məcəlləsinin 192-cü maddəsinin 5-ci hissəsinə əsasən, qanun pozan vətəndaşlardan aksizsiz mallar müsadirə edilib.

9 halda, Gürcüstan İnzibati Xətalar Məcəlləsinin 1552-ci maddəsinə uyğun olaraq, qanun pozan şəxslərə inzibati xətalar haqqında protokollar tərtib edilmiş və iş materialları məhkəmənin səlahiyyətinə uyğun olaraq göndərilib. Digər fakta gəldikə isə, Gürcüstan Vergi Məcəlləsinin 271-ci maddəsinin 7-ci hissəsinə uyğun olaraq, iş materialları Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinə göndərilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər