11 
Iyn
2021
12:35
1461

Bu yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

11 iyun 23: 00-dan 12 iyun 05: 00-dək Xandosxevi-Kobi hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamentindən məlumat verilib.

Məlumata görə, Kveşeti-Kobi magistral yolunun və 9 km-lik tunelin inşası çərçivəsində, tunel kəsmək üçün xüsusi hazırlanmış TBM (Tunel Boring Machine) vasitənin daşınması məqsədilə, 11 iyun 23:00-dan, 12 iyun saat 05: 00-a qədər, beynəlxalq əhəmiyyətli Mçxeta-Stepancminda-Larsi avtomobil yolunun km56-km107 (Xandosxevi-Kobi) hissəsində, hər növ nəqliyyatın hərəkəti qadağan ediləcək.

Məlumata görə, hərəkət patrul polisinin birbaşa nəzarəti və koordinasiyası altında həyata keçiriləcək.

Bizimlə əlaqə saxlayın