Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Zurabişvili Litva Prezidenti ilə görüşdən sonra açıqlama verdi

299
Zurabişvili Litva Prezidenti ilə görüşdən sonra açıqlama verdi
Dinləmək üçün basın

"Litvanın vaksinlər mövzusunda bizə kömək edəcəyi və hələ dəqiqləşdirilməli olan müəyyən sayda peyvənd verəcəyi barədə söz aldıq".

"Litvanın vaksinlər mövzusunda bizə kömək edəcəyi və hələ dəqiqləşdirilməli olan müəyyən sayda peyvənd verəcəyi barədə söz aldıq".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti Salome Zurabişvili, Litva Prezidenti Qitanas Nauseda ilə görüşdən sonra keçirilən brifiqdə bildirib.

Prezident Litva ilə Gürcüstan arasındakı münasibətlərin dərinləşəcəyinə ümidvar olduğunu bildirib.

Eyni zamanda Zurabişvili qeyd edib ki, tərəflər Gürcüstanda Litva günlərinin və Litvada Gürcüstan günlərinin keçirilməsi məsələsini müzakirə ediblər.

"Avropalı tərəfdaşlarımızdan bənzər həmrəylik əlamətləri almamız vacibdir, bu da əhali üçün çox şey deməkdir və çox təqdir olunacaq.

İqtisadi münasibətlərimizin daha da genişləndirilməsinin vacibliyindən də danışdıq. Turizm çox vacibdir və sərhədlərimizin aşılananlara və PCR testindən keçənlərə açıq olduğunu qeyd etdim. Gürcüstanda turizm əlaqələrinin ən qısa müddətdə bərpa edilməsi çox vacibdir, çünki bu, çox çətin dövrdən sonra iqtisadi bərpamızın çox böyük bir hissəsidir.

Mədəni əlaqələrdən danışdıq. Vətəndaşlarımız arasında daha çox mədəni əlaqələrə ehtiyac var, Litvada Gürcüstan günləri və Gürcüstanda Litva günlərinin yenidən planlaşdırılması və bununla da qarşılıqlı anlaşmanı dərinləşdirmək və gücləndirmək imkanları barədə danışdıq. Bu həm də turizmin inkişafının bir növüdür. Ümid edirəm qarşılıqlı anlaşmamızı daha da dərinləşdirəcəyik və konkret dəstək formaları tapacağıq", - dedi Salome Zurabişvili.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →