11 
Iyn
2021
11:08
2003

Marneulidə saxlanılan şəxslə bağlı Prokurorluqdan açıqlama

Gürcüstan Prokurorluğu Z.Q-ni Marneulidə şəxsi həyat sirrini qanunsuz şəkildə əldə etmək və saxlamaq faktı ilə ittiham etdi.

InterPress.ge xəbər verir ki, Gürcüstanın Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırma zamanı Z.Q-nin 2019-cu ildə qanunsuz olaraq bir tanışı ilə şəxsi həyatı video kimi gizli şəkildə çəkdiyini və qanunsuz olaraq materialı saxladığı məlum olub.

Z.Q hüquq-mühafizə orqanları tərəfindən 10 iyun 2021-ci ildə saxlanıldı.

Gürcüstanın Cinayət Məcəlləsinin 157-ci prima maddəsinin (qanunsuz olaraq şəxsi həyat sirrini əldə etmə və saxlama) birinci hissəsi ilə ittiham olundu.

Qeyd olunan cinayət maddəsi 4 ildən 7 ilə qədər azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.

Prokurorluq, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri görülməsi məqsədilə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək.
Videonun yayılması faktının müəyyənləşdirilməsi və orada iştirak edən şəxslərin müəyyənləşdirilməsi də daxil olmaqla cinayət işi araşdırılır.

Bizimlə əlaqə saxlayın