11 
Iyn
2021
10:30
222

Marketdə yanğın çıxarmaq faktı ilə əlaqədar bir nəfər saxlanıldı

Daxili İşlər Nazirliyinin Acarıstan Polis Departamentinin Batumi Şəhər Bölməsinin əməkdaşları azyaşlı - 2005-ci il təvəllüdlü Ş.A.-nı əşyanı yandıraraq zədələmək və ya məhv etmək ittihamı ilə Batumidə saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirildiyinə görə, cinayət üç ildən beş ilədək həbs cəzası nəzərdə tutur.

"İstintaq, bu il 9 iyun tarixində Ş.A.-nın onu müşayiət edən şəxslərlə birlikdə Batumidə, Parnavaz Mepe küçəsində yerləşən "Parpuri" mağazasının şüşə qapısına zərər verdiyini və oradakı əşyaları yandırdığını təsbit etdi.

Cinayətdə iştirak edən digər şəxslərin müəyyənləşdirilməsi və saxlanılması üçün müvafiq istintaq və əməliyyat tədbirləri görülür.

Hadisə, Gürcüstan Cinayət Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi ilə aparılır ki, bu da od vuraraq əşyanı zədələlmək və ya məhv etməyi nəzərdə tutur",- deyilir məlumatda.

Bizimlə əlaqə saxlayın